Arıqladan soya südünün faydaları...

Paxlalılar fəsiləsindən olan soya paxlasının zəngin tərkibindən bəhrələnən soya südü paxlanın isladılıb üyüdülməsi və süzülməsindən sonra əmələ gəlir.
Diyetoloq Şefika Aydın Selçukun fikrincə, soya südü qida maddələrinin tərkibi baxımından A, D ,E vitaminləri və riboflavinlə zəngindir. 1 bardaq soya südündə təxminən 8-10 qr protein vardır.
Soyada genistein ve daidzin başda olmaqla fitoestrogenlər mövcuddur. Estrogenin xüsusilə klimaksdan əvvəl qadınlarda istilik basması kimi əlamətlərin azalmasında və ürək-damar sağlamlığı baxımından xoşxassəli xolesterolun artırılmasında rolu vardır.
Soya südünün tərkibində laktoza olmadığı üçün xüsusilə laktoza dözümsüzlüyü olan insanlarda üstünlük verilə biləcək ən yaxşı alternativdir. Son illərdə get-gedə artmaqda olan inək südü allergiyası olanlarda soya südü münasib variantdır. Həmçinin vegeterianlar tərəfindən inək südü əvəzinə istifadə olunur.
Badam südü ilə müqayisədə yüksək protein ehtiva etməsi səbəbilə soya südü vegetarian idmançılar tərəfindən də üstünlük verilən süddür.
Bəzi araşdırmalar zamanı soya məhsullarına üstünlük verənlərin daha yaxşı çəki itirdiyi müşahidə olunub. Buna soya izoflovanlarının insulin tənzimlənməsi və yağ metabolizmi üzərindəki müsbət təsirlərinin səbəb olduğu qeyd edilir. Bu səbəblə də arıqlamaq istəyənlərin seçimləri sırasına soya südü əlavə oluna bilər.saglamolun /

Google+ WhatsApp ok.ru