Arıqlamaq istəyənlərin nəzərinə

Kalori yandırmaq üçün ən yaxşı vasitə çaydır

Amerikalı alimlər ən güclü kalori yandıran məhsulu müəyyən etmək üçün araşdırma aparıblar. Məlum olub ki, içdiyimiz adi çay ən effektiv üsuldur.
Maide.az-ın məlumatına görə, söhbət yaşıl çay, ağ çay və ulung (Oolong da deyilir ) çaylarından gedir. Bu içkinin hər gün qəbul edilməsi artıq çəki problemini həll edə bilər.
Mütəxəssislərin apardıqları araşdırmalar nəticəsində məlum olub ki, çayın tərkibində olan kofein və katekolamin böyük miqdarda kalorilərin aradan getməsinə səbəbdir.
Araşdırmanın rəhbəri professor Cefferi Blumberq, bildirib ki, çayın tərkibində olan bu maddələr orqanizmdə piyin yox edilməsində katalizator rolunu oynayır.
Bundan əlavə çayın bağırsaqa faydalı təsirləri var.
Daha əvvəllər alimlər sübut etmişdilər ki, gün ərzində 1-2 fincay çay içmək əhvalın yüksəlməsinə səbəb olur.
Həmçin şəkər xəstəliyi, osteoporoz, hipertaniya və xərçəng xəstəliklərinin yaranma riskini aşağı salır.//

 

Google+ WhatsApp ok.ru