Artmayan maaşlar və artan inflyasiya

Artmayan maaşlar və artan inflyasiya

-- müəllif inflyasiyanı əhalini kasıblaşdırmaqda ən böyük bəla hesab edərək...

"Novoye Vremya" qəzetində "İnflyasiya pulqabımızı boşaltmaqda davam edir" sərlövhəli məqalə oxumaq olar.
 
Müəllif inflyasiyanın ölkə əhalisinin maddi durumuna vurduğu ziyanı müzakirə edir.
 
Müəllif deyir ki, daim ölkənin böyük iqtisadi uğurlar qazandığı barədə eşidirik, amma: "Belə alınır ki, iqtisadi göstəricilər pis deyil, yaşamaq isə get-gedə çətinləşir və bunu hər birimiz hiss edirik. Belə ki, mağzaya ayaq qoymağımızla "pulqabı"mızın vəziyyəti dəyişir, manat elə bil "uçur". Bu da ona görədir ki, qiymtələr artır, əhalinin əsas hissəsinin əməkhaqqının olduqca aşağı olduğunu və belə rejimdə artıq ikinci il yaşamağın olduqca çətin olduğunu nəzərə alsaq, əməkhaqqı artsa da bahalaşmanı üstələyə bilmir.".
 
Müəllif 2017-ci ildə orta illik inflyasiyanın 13,4% həcmində olduğunu bildirərək xatırladır ki, 2016-cı ildə orta illik inflyasiya 12,4% olub.
 
Müəllif bir məqamı da yada salır ki, proqnozlaşdırıldığı kimi 2017-ci ilin dekabrında qiymət artımı sürətləndi və bu, özünü ərzaq məhsulları sahəsində daha çox hiss etdirdi.
 
Müəllif ölkəyə idxal edilən kərə yağinin qiymətinin aşağı salınması üçün gömrük rüsumlarının 3 dəfə azaldılmasına baxmayaraq, qiymətlərin nəinki aşağı düşmədiyini, hətta 10-20 qəpik arasında bahalaşma da olduğunu qeyd edir: "Nəzərə alsaq ki, ölkədə ərzaq məhsulları alınması əməkhaqqının yarıdan çoxunu əhatə edir, o zaman qiymət bahalaşmasının əhalinin əksər hissəsinin həyat səviyyəsinə mənfi təsiri danılmazdır".
 
Müəllif xatırladır ki, 2017-ci il yanvarın 1-nə ölkədə orta aylıq əmək haqqı 498,6 manat təşkil edib ki, bu da əvvəlki il ilə müqayisədə cəmi 6,9% artım olsa da, artımın inflyasiyadan 2 dəfə geri qalması deməkdir.
 
Müəllif vurğulayır ki, neft sektorunda əmək haqqı 3000 manat, qeyri-neft sahəsində 440,6 manat, dövlət müəssissələrində 378,9 manat, özəl sektorda 671,5 manat təşkil edib.
 
Yazı müəllifi deyir ki, son iki ildə inflyasiya səviyyəsilə gəlirlər müqayisə edilsə, ölkə əhalisinin çoxunun daha da kasıblaşdığını demək olar, bunu hətta qiymət artımı ilə müqayisədə o qədər də artmayan əmtəə dövriyyəsi də təsdiq edir.
 
Bundan irəli gələrək, müəllif inflyasiyanı əhalini kasıblaşdırmaqda ən böyük bəla hesab edərək ötən il hökumətin bunun öhdəsindən gələ bilmədiyini xüsusi vurğulayır.(contact.az)
 

Google+ WhatsApp ok.ru