Artıq çəkidən azad olmaq üçün fərqli yol

Artıq çəkidən azad olmaq üçün fərqli yol

ABŞ-ın Qidalanma və Dietologiya Akademiyasının əməkdaşları, çəkini aşağı salmaq haqqında məsləhətlər vermişdir.
 
Maide.Az "Deyerler.org"a  istinadən verdiyi xəbərə görə, bundan ötrü ilk olaraq piylənməyə səbəb olan qidadan imtina etmək lazımdır. Bunlar yüksəkkaloriyalı və əsasən də qana tez sovrulan karbohidratlarla dolu tortlardan, çipslərdən, tez bişən qəlyanaltılardan, dondurmadan, un məmulatlarından, şirin qazlı sulardan, və digər məhsullardan ibarətdir. Ekspertlərin fikrincə, ətirli saqqız müəyyən qədər şirniləri əvəz edə bilər. Əlbətdə ki, saqqızda da korbohidrat mövcuddur. Lakin tort və şirnilərlə müqayisədə cüzi miqdardadır. Ekspertlər hesab edir ki, insanlar adi qidalanmadan sonra ağızlarında nəsə dadlı bir şey hiss etmək istəyir. Saqqız iştahanı aşağı salaraq, çəkinin artmasına səbəb olan sözü gedən qıdalardan imtina etməkdə kömək edir.
 
Qidalanma və dietologiya Akademiyasının dietoloqu Anjel Planels bildiri ki, saqqızdan istifadə edən insanlar növbəti qida qəbulu zamanı 40 kalori daha az qəbul edir. Belə adamlar üçün, şirni digər qida məhsullarından imtina etmək daha asan olur. Alimlər qeyd edir ki, əgər sizə enerji lazmdırsa, çəki yığımına səbəb olmayan məhsullardan istifadə edin. Bunlar əsasən fındıq, meyvələr, və digər qana gec sovrulan məhsullardan ibarətdir.
 

Google+ WhatsApp ok.ru