Artıq üçüncü gündür ki, jurnalistlər polis bölməsində saxlanılır

Artıq üçüncü gündür ki, jurnalistlər polis bölməsində saxlanılır

İyul ayının 14-dən 15-inə keçən gecə həbs edilən şəxslər 48 saatdan artıqdır ki, qanunsuz olaraq həbsdədirlər və hələ də məhkəmə önünə çəxarılmayıblar.

 
Maide.Az "azadlıq.info" a istinadla xəbər verir ki, Vəkil Elçin Sadıqov yazır:
 
"Bu Azərbaycan Respublikası Kpnstitusiyasının 28-ci , Konvensiyanın 5-ci İnzibati Xətalar Məcəlləsinin 89-cu, CPM-nin 148-ci maddələrinin kobud şəkildə pozulmasıdır.
 
Həbs olunanların insan ləyaqətini alçaldan və qeyri insani şəraitdə saxlanılması, əksəriyyətinin polis bölmələrində insanların saxlanılması qadağan olunduğu halda bölmələrdə saxlanılması ilə bağlı polisin qanunsuz hərəkətlərindən baş prokurora teleqram vasitəsilə şikayətlərimiz hələ də məqsədli şəkildə araşdırılmır və bu qanunsuzluqlar aradan qalxmır.
 
Ombudsman aparatının da müdaxiləsi bir fayda vermir."
 
Qeyd edək ki, artıq üçüncü gündür jurnalist Anar Abdullayev, Elvin Cəbizadə və Firudin Səlimov polisdə saxlanılır. İyul 14-də aksiyadan sonra saxlanılan hər üç şəxsə saxlanma səbəbi izah olunmur.

Google+ WhatsApp ok.ru