Artıq ora dünyanın ən böyük ‘açıq hava həbsxanasıdır’

Artıq ora dünyanın ən böyük ‘açıq hava həbsxanasıdır’

Pakistanın nəzarətindəki Azad Kəşmirin Baş naziri Raca Faruk Heydər Xan Hindistanın nəzarətindəki Cammu Kəşmirlər bağlı açıqlama verib.
 
Maide.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, o, Hindistan tərəfindən avtonomluğu ləğv edilən Cammu Kəşmirdə vəziyyətin daha da pisləşdiyini və bölgənin dünyanın ən böyük “açıq hava həbsxanasına” çevrildiyini bildirib.
 
Hazırda Cammu Kəşmirdə komendant saatı tətbiq edilir. Telefon və internet rabitəsinin kəsilməsi əhalini ətraf mühitdən təcrid edib:
 
“29 gündür Cammu Kəşmirdə dərman və qida məhsullarının çatdırılmasında problemlər yaşanır. Məhdudiyyətlər səbəbindən bölgə sanki “daş dövrünə” dönüb.
 
4-6 min arası kəşmirli gəncin Hindistan həbsxanalarına göndərildiyi də iddia edilir.
 
Heydər Xan Hindistan Baş naziri Narenra Modini də tənqid edib:
 
“Biz Hindistana qarşı deyilik. Çünki qonşularımızı dəyişdirə bilmərik. Biz Modi hökumətinin siyasətinə qarşıyıq. Sanki Cənubi Asiyada yeni bir Hitler doğulub. O, ikinci dünya müharibəsinə və 60 milyon insanın ölümünə səbəb olan Hitlerin izi ilə gedir”.

Google+ WhatsApp ok.ru