Arzu Abdullayeva: `Azərbaycan Avropa ölkələri arasında ən ciddi mənfi rəy yaradan bir ölkədir`

ATƏT PA sədri İlkka Kanerva yanvarın 24-25-də Azərbaycanda səfərdə olacaq. Bu barədə Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradova bildirib. Səfər çərçivəsində Milli Məclisdə və digər rəsmi şəxslərlə görüşlər nəzərdə tutulur. Görüşlərdə ATƏT PA ilə münasibətlər, ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında rolu və digər məsələlər müzakirə olunacaq.
 
Mövzu ilə bağlı hüquq müdafiəçisi Arzu Abdullayeva Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, hakimiyyətin davranışı ilə bağlı dəqiq söz deyә bilməz: “Təbii ki, bu səfər öncəsi müəyyən müsbət gözləntilərimiz var. Hökumət əgər indiki durumda məntiqli addımlar atarsa Azərbaycan üçün böyük bir pozitiv rəy yaratmaq üçün şans qazana bilər. Amma indiki şəraitdə hakimiyyətin özünü necə aparacağı ilə bağlı dəqiq heç bir söz deyilə bilməz. Məntiqə uyğun davranılsa təbii ki, vətəndaş cəmiyyəti ilə bağlı müsbət addımlar atılmalıdır. Ümid edirəm ki, bu addımlar atılacaq.
 
Ölkəyə səfər edəcək ATƏT PA sədri vətəndaş cəmiyyəti və ya müxalifətlə görüşməsi ilə bağlı hələ ki, heç bir xəbər yoxdur. Amma onunla bərabər Avropa Birliyinin nümayəndəsi gəlir. Onun vətəndaş cəmiyyəti üzvləri ilə görüşəcəyi ehtimalı var.
 
Ümumiyyətlə, Azərbaycana gələcək heyyətin əsas məqsədi ölkəmizlə normal münasibətlər qurmaqdır. Çünki, Azərbaycan Avropa ölkələri arasında ən ciddi mənfi rəy yaradan bir ölkədir.  Azərbaycan Avropa siyasi məkanında olsa da götürdükləri öhdəliklərə riayət etmir. Əlbətdə bu beynəlxalq təşkilatlarda suallar doğrur. Onlar bu suallara cavab istəyirlər”./
 

 

Google+ WhatsApp ok.ru