Arzuladığı ali məqama ucalan şəhid: İbrahim Mənəfov – FİLM

Arzuladığı ali məqama ucalan şəhid: İbrahim Mənəfov – FİLM

-- bu gün şəhidin bu ali məqama ucalmasından 40 gün ötür

Neftçala rayonundan Azərbaycanın bütövlüyü və suverenliyi uğrunda şəhid olan oğulların ən sonuncusu İbrahim Mənəfovdur: bu gün şəhidin bu ali məqama ucalmasından 40 gün ötür.
 
Neftçala rayonunun girişində bir şəhidlər abidəsi var. Aprel döyüşlərində şəhid olmuş Elmdar Səfərovun ailəsi və rayon camaatı tərəfindən düzəldilib. Burada Qarabağ savaşında şəhid olmuş Neftçaladan olan şəhidlərin və aprel döyüşünün şəhid qəhramanlarının şəkilləri var. İbrahim Mənəfovun şəkili hələ ki, əlavə olunmayıb. Amma olunacaq…
 
Təqdim etdiyimiz filmdə şəhidin valideynləri, dostları, qonşuları, müəllimləri İbrahim haqqında xatirələrini bölüşəcəklər, onu bu zirvəyə aparan yoldan söz açacaqlar.
 
Vətən sağ olsun! (mubarizim.com)
 

Google+ WhatsApp ok.ru