Arıqlamaq üçün bu meyvədən yeyin 21 May 2018 01:00 Sağlamlıq -- Alçanın tərkibində A və C vitaminləri var Yaz gələn kimi yeni meyvələr yetişməyə başlayır. Maide.Az "Sputnik"ə istinadən xəbər verir ki, bu fəslin ən çox sevilən meyvələrindən biri də alçadır. Mütəxəssislər bildirir ki, alça yeyərək metabolizmi sürətləndirə bilərsiz ki, bu da arıqlamağınıza kömək olacaq. Alçanın tərkibində A və C vitaminləri var. Fosfor və liflərlə də çox zəngindir. Bu meyvə bədəndə yorğunluğu məhv edir. Alça süd, ayran və digər süd məhsulları ilə birlikdə yeyiləndə bədəndə kalsiumun artmasına kömək edir. Yumurta, ət və bu kimi qidalar ilə yeyildikdə metabolizmi sürətləndirir və çəki itirməyə kömək olur. Bu bitki həm də qəbzlik problemini həll edir. Diş ətlərini gücləndirir. Bağırsaq sistemini düzəldir. Qan azlığını aradan qaldırır. Dəriyə böyük xeyri var. Qan şəkərinin miqdarını azaldır. Teqlər : #Arıqlamaq üçün bu meyvədən yeyin , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bu il 193 nəfər İİV-ə yoluxub, 16 nəfər ölüb Ürəyi cavan saxlamaq üçün həftədə dörd-beş dəfə idmanla məşğul olmaq lazımdır
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir