Aslan İsmayılov: “Məni özlərindən asılı vəziyyətə salmaq istəyirlər”

`Vəkil kimi proseslərə çıxmağıma mane olmağa çalışırlar`

Bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Toğrul Əliyevin sədrliyi ilə tanınmış hüquqşünas Aslan İsmayılovun vəkillikdən xaric edilməsi ilə bağlı apelyasiya şikayətinə baxılıb.
Virtualaz.org saytının prosesi izləyən müxbiri xəbər verir ki, apelyasiya şikayəti təmin edilməyib. Nərimanov Rayon Məhkəməsinin 10 sentyabr, 2013-cü il tarixli qətnaməsi qüvvədə saxlanılıb.
Aslan İsmayılov virtualaz.org saytına açıqlamasında bildirib ki, bu proseslər onun Avropa Məhkəməsinə çıxmasının qarşısını almaq üçündür: “Məni özlərindən asılı vəziyyətə salmaq istəyirlər. Vəkil kimi proseslərə çıxmağıma mane olmağa çalışırlar”.  
Vəkil kassasiya şikayəti verəcəklərini bildirdi.

Google+ WhatsApp ok.ru