Aspirin insult üçün ‘təhlükəsizdir’

Aspirin insult üçün ‘təhlükəsizdir’

Beyin qanaxması səbəbi ilə insult yaşayan xəstələr gələcək insultlar və ürək problemlərinin qarşısını almaq üçün rahatlıqla aspirin qəbul edə bilərlər, yeni bir araşdırmada deyilir.
 
Aspirin qanı durultduğu üçün həkimlər ondan istifadədən çəkinirlər. Onlar aspirinin qanaxmanı daha da pisləşdirdiyini düşünürlər.
 
Lakin The Lancet jurnalında çıxan araşdırma göstərib ki, aspirin yeni beyin qanaxması riskini nəinki artırmır, eləcə də azalda bilər.
 
Mütəxəssislər, bu "güclü göstəricinin" təsdiqi üçün əlavə araşdırmalara ehtiyac olduğunu deyirlər.
 
Onlar məsləhət bilirlər ki, gündəlik aspirin qəbulunu yalnız həkim təyinatı əsasında etmək doğrudur.
 
Aspirinin faydaları və riskləri
 
Aspirin əsasən ağrıkəsici kimi tanınır və bəzən hətta qızdırmanı aşağı salmaq üçün də istifadə olunur.
 
Lakin gündəlik aşağı dozalı aspirindən (75 milliqram) qanı durultmaq və beləliklə ürək tutmaları və beyin qanaxmalarının qarşısını almaq üçün istifadə edilir.
 
Beyin qanaxmalarının əksəriyyəti beyinin qan damarlarında tutulma zamanı baş verir. Ancaq bəzən məhz qanaxmalar da buna səbəb ola bilir.
 
Aspirin qanı durultduğu üçün bəzən xəstələrin asanlıqla qanaxma yaşamasına səbəb olur.
 
Və aspirin hamı üçün təhlükəsiz deyil.
 
O həm də həzm pozğunluğu da yarada bilir və nadir hallarda mədə xorasına səbəb olur.
 
Həkim təyin etmədiyi təqdirdə, 16 yaşdan aşağı uşaqlara aspirin vermək olmaz.
 
Belə ki, o, uşaqlarda Reye sindromu (qaraciyər və beyin zədəsi) kimi nadir, ancaq ciddi bir xəstəlik yarada bilər.
 
Araşdırma
Araşdırmada Birləşmiş Krallıq üzrə 537 nəfər iştirak edib. Onlar qan laxtalanmasının qarşısını alan aspirin, dipyridamole və clopidogrel adlı dərmanlar daxil olmaqla anti-trombosit preparatlar qəbul ediblər.
 
Pasientlərin yarısına dərmanlara (onlar beyin qanaması keçirəndən qısamüddətli fasilədən sonra başlayıblar) davam etmək tapşırılıb, digər yarısına dayandırmaq
Araşdırmanın aparıldığı beş il ərzində dərmanları dayandıranlar arasında 23 nəfər, dərmanlara davam edənlərdən 12 nəfər beyin qanaması keçirib
Aparılan iş Milanda baş tutan Avropa Ürək Çatışmazlığı Təşkilatı Konfransında təqdim olunub.
 
Mütəxəssislər nə deyir?
Araşdırma aspirinin gələcək insultların qarşısını aldığını isbat edə bilməsə də, aşağı risk ilə əlaqəsi var.
 
Eləcə də araşdırmada aspirin qəbulunun hər zaman təhlükəsiz olduğu əksini tapmır.
 
Lakin qeyd edilir ki, hemmoragiya və ya insult keçirən xəstələr gündəlik müalicədən fayda görə bilərlər.
 
Araşdırmanın nəticələrinin real həyatda bütün xəstələrə tətbiq edilib-edilməyəcəyi məlum deyil.
 
Araşdırmanın aparıcı tədqiqatçısı Edinburq Universitetindən professor Rüstəm Salman deyib:
 
"Hazırda insanlar nəyin doğru olduğunu dəqiq bilmir.
 
Həkimlər də aspirin və ya aspirinə bənzər preparatların bu cür insult keçirən xəstələrə verməkdən çəkinirlər.
 
Kifayət qədər dəlil olmadığına görə, Birləşmiş Krallıq və Avropa qaydaları da heç bir məsləhət vermir.
 
Düşünürəm ki, bu nəticələrlə biz təhlükəsizliyi təsdiqləmiş olduq.
 
Görünür ki, aspirinin təhlükəsizdir."
 
Professor Salman, aspirinin həqiqətən də beyin qanamaları və eləcə də laxtalanmalar riskini azaltdığını yoxlamaq üçün əlavə araşdırmalara ehtiyac olduğunu bildirib.
 
Araşdırmanı maliyyələşdirən Britaniya Ürək Fondundan professor Metin Avkiran deyib: "Beyin hemmoragiyasından əziyyət çəkən (həm də hemmoragik insult deyə bilinir) insanların üçdə biri ürək tutması və ya işemik insultun risklərini azaltmaq üçün aspirin kimi anti-trombosit dərmanlar qəbul edirlər.
 
"Artıq onların beyin hemmoragiyasından sonra, yeni bir insult riskini artırmadan, bu potensial həyat qurtarıcı dərmanları davam etmələri üçün güclü göstəricimiz var. Bu isə həm pasientlər, həm də həkimlər üçün çox mühüm bir xəbərdir."
 
Ancaq narahatlığı olan hər kəs dərmanını dəyişməmişdən əvvəl həkimi ilə məsləhətləşməlidir.
 
İnsultun qarşısını necə almalı?
Aşağıdakılara əmək edərək insult riskini azalda bilərsiniz:
 
- Sağlam pəhrizlə qidalanmaq
- Mütəmadi fiziki məşğələlər etmək
- Siqaret çəkməmək
- Həddən artıq spirtli içkilər içməmək /bbc /
 

Google+ WhatsApp ok.ru