ASQIRAN ADAM BİR QƏDƏR GÖZLƏMƏLİ, SƏBİR ETMƏLİDİRMİ?

ASQIRAN ADAM BİR QƏDƏR GÖZLƏMƏLİ, SƏBİR ETMƏLİDİRMİ?

-- Əgər aranızda bir şəxs asqırsa, ona dua edin

SUAL: Bəziləri işə başlamaq istəyərkən asqırdıqda, başqa sözlə, səbir vurduqda, bir qədər gözləyirlər. İslamda belə bir göstəriş varmı?

CAVAB: İslamda belə bir göstəriş yoxdur. Ümumiyyətlə, bu sayaq işlər İslam ruhundan uzaqdır. Hətta bildirilir ki, bir iş görmək qərarına gəldikdə, pis əlamətlə rastlaşsanız, etina etməyin və Allaha təvəkkül edərək işinizin ardınca gedin. Pis fal, pis əlamət əslində şirk nişanəsidir.

Bəli, asqırmaq haqqında buyurulmuşdur ki, əgər aranızda bir şəxs asqırsa, ona dua edin və “Yərhəmukumullah”, yəni Allahın mərhəməti halınıza şamil olsun,” deyin. Qarşı tərəf də dua edib belə deməlidir: “Yəğfirullahə ləkum”, yəni “Allah sizi bağışlasın.”

Amma asqırdıqdan, başqa sözlə, səbir vurduqdan sonra bir qədər gözləmək, tək səbir, cüt səbir deyə dayanmaq əfsanədən başqa bir şey deyil. Agah müsəlmanlar belə əfsanələrdən çəkinməlidirlər. (“Pasox be poseşhaye məzhəbi” – Dini suallara cavablar, müəllif: Ayətullah Məkarim Şirazi və Ayətullah Cəfər Sübhani, səh.603.) (Maide.az)

Google+ WhatsApp ok.ru