Aİ İsrail rejiminin yeni yaşayış məskənləri salmaq barədə qərarını qanunsuz adlandırıb

Aİ İsrail rejiminin yeni yaşayış məskənləri salmaq barədə qərarını qanunsuz adlandırıb

Sionist İsrail hökuməti İordan çayının Qərb sahilində 2,5 min mənzilin tikintisinə icazə verib

Avropa İttifaqı (Aİ) işğalçı İsrail rejiminin İordan çayının Qərb sahili və Şərqi Qüdsdə yüzlərlə yeni yaşayış evinin tikintisi barədə qərarının beynəlxalq hüquq normalarına zidd olduğunu hesab edir.
 
Maide.Az xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət xidmətinin yaydığı press-relizdə qeyd olunur.
 
"Yaşayış məskənlərinin genişləndirilməsinin davam etdirilməsi, beynəlxalq hüquq baxımından qanunsuzdur. Çünki o, BMT Təhlükəsizlik Şurasının 2334 saylı qətnaməsinə, Aİ-nin çoxillik siyasətinə, həmçinin "Yaxın Şərq dördlüyü"nün (Rusiya, ABŞ, Aİ və BMT) tövsiyələrinə ziddir", - deyə məlumatda bildirilir.
 
Bir müddət əvvəl sionist rejimi İordan çayının Qərb sahilində 2,5 min ədəd mənzilin tikintisinə icazə verib. /

Google+ WhatsApp ok.ru