Associated Press: Minada ölənlərin sayı Səud rejiminin bildirdiyi statistik rəqəmlərdən üç qat artıqdır

 
“Associated Press” Agentliyinin yenicə açıqladığı statistikaya görə, Mina faciəsində ən azı 2.411 nəfər həlak olub ki, bu rəqəm Ərəbistan rəsmilərinin iddia etdiyi rəqəmlərdən üç qat çoxdur.
Maide.az xəbər verir ki, yeni rəqəmlər vətəndaşlarının Həcc ziyarətinə yollandığı 180-dan çox ölkə arasında 36 dövlətin rəsmi məlumatına əsasən əldə edilib. Bu statistukaya görə, yüzlərlə zəvvarın taleyindən hələdə bir xəbər yoxdur.
Ərəbistan rəsmiləri Mina faciəsində 769 zəvvarın öldüyünü bildirmişdi.
Həmin rəqəmlərə əsasən, İran 464 zəvvarın ölümü ilə bu faciədə ən çox itki verən ölkədir. Bununla belə, Mali, Nigeriya və Misirdən olan qurbanların sayı ardıcıllıqla 305, 274 və 190 nəfər göstərilir. Habelə, Banqladeşdən 137, İndoneziyadan 129, Hindistandan 120, Kamerondan 103, Pakistandan 102, Nigerdən 92, Seneqaldan 61, Efiyopiyadan 53, Fil Dişi Sahilindən 52, Benindən 50, Əlcəzairdən 46, Çaddan 43, Mərakeşdən 42, Sudandan 30, Tanzaniyadan 25, Burkina Fasodan 22, Keniyadan 12 və Somalidən 10 nəfərin həyatlarını itirdiyi qeyd edilir.
Qana, Tunis və Türkiyə hər biri 7, Liviya və Myanmar hər biri 6, Çin 4, Əfqanıstan, Cibuti, Qambiya və İordaniya hər biri 2, Livan, Malaziya, Filippin və Şrilanka isə hər biri 1 nəfər tələfat veriblər.
Bu məlumatların yayılmasına baxamayaraq, rəsmi ər-Riyad indiyədək Mina hadisəsində ölənlərin milliyəti və onlar haqda dəqiq rəqəmlərlə bağlı şəffaf informasiya yaymayıb, xarici ölkələr və Həcc təşkilatları yüzlərlə öz vətəndaşının hadisə baş verəndən bəri hələd də itkin düşmüş sayıldlqlarını bildiriblər. Bəzi KİV-lərin məlumatına görə, 
Bir sıra qeyri-rəsmi məlumatlar minlərlə zəvvarın həyatlarını itirməsindən xəbər verir. /

Google+ WhatsApp ok.ru