Ağstafada avtomobillə qatar toqquşub, ər-arvad ağır xəsarət alıb 03 Noyabr 2015 02:00 Hadisə Ağstafada ər və arvadın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Köçəsgər kəndi ərazisində, Tatlı -Ağstafa dəmir yol xəttinin 97-ci kilometrliyində, qorunan dəmir yol keçidində kənd sakini, 1970-ci il təvəllüdlü Bahəddin Sultanov idarə etdiyi “VAZ 2106” markalı avtomobillər bağlı olan keçiddən keçmək istəyərkən elektrovoz maşını vurub. Hadisə zamanı sürücü və onun həyat yoldaşı, 1973-cü il təvəllüdlü Narınc Sultanova müxtəlif bədən xəsarətləri alaraq Ağstafa Mərkəzi rayon xəstəxanasına çatdırılıb. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır. Teqlər : #Ağstafada avtomobillə qatar toqquşub,#ərarvad ağır xəsarət alıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakıda baş verən yanğın nəticəsində bir nəfər yanaraq ölüb Moskvadan Bakıya külli miqdarda qara kürü gətirmək istədi