Ağstafada dəhşətli hadisə: ata azyaşlı oğlunu öldürdü

Anası və nənəsi uşağın atası tərəfindən döyülərək öldürlüdüyünü bildiriblər
 
Asğtafada ata 6 yaşlı oğlunu döyərək öldürüb. APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə rayonun Qırlı kəndində qeydə alınıb. Kənd sakini 2010-cu il təvəllüdlü Şəmsəddin Pərvanəyev döyülərək bədən xəsarətləri alması barədə təcili tibbi yardım stansiyasına çağırış daxil olub. Əraziyə gedən həkim briqadası 6 yaşlı uşağın taxta ilə döyülərək öldürüldüyünü görüblər. Anası və nənəsi uşağın atası Famil tərəfindən döyülərək öldürüldüyünü bildiriblər. Dərhal Polis Şöbəsinə məlumat verilib.
 
Hazırda hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar.

Google+ WhatsApp ok.ru