Astarada Pensər çayında su səviyyəsinin qalxması bir sıra problemlər yaradıb - FOTO

Astarada Pensər çayında suyun səviyyəsinin qalxması ətrafda yaşayan sakinlər üçün problem yaradıb.
 
Ötən il çay Şiyəkəran kəndində torpaq atını yuyub, aparıb. Bu səbəbdən ərazidə yaşayan 45 ailə təhlükə ilə üzləşib. Ötən il bir evin uçmaq təhlükəsi yarandığından, sahibləri başqa ərazidə ev tikərək, oraya köçüblər. Hazırda bir neçə ev də qəzalı vəziyyətə düşüb.
 
Bundan başqa, sitrus bağlarına, otlaq ərazilərə ciddi ziyan dəyib. Çay yolu yuyub apardığından sakinlər pay torpaqlarında saldıqları sitrus bağlarına, zəmilərə gedib-gələ bilmirlər.
 
Astara rayon İcra Hakimiyyətindən (RİH) APA-ya bildirilib ki, RİH və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları əraziyə baxış keçiriblər. Yekun rəy aidiyyəti qurumlara göndərilib: “Orada beton səddin tikilməsinə ehtiyac var. Vəsait ayrılarsa, problem aradan qaldırılacaq”. (apa) /
 
astarada penser cayinda su seviyyesinin qalxmasi bir sira problemler yaradib
 
Google+ WhatsApp ok.ru