Astarada ən böyük çay daşıb, 50 ailə təxliyə edilib 05 Oktyabr 2017 01:00 Hadisə Astara rayonunda Astara çayının daşması nəticəsində 100-dən artıq ev su altında qalıb. Maide.Az xəbər verir ki, Suparibağ icra nümayəndəliyinə daxil olan Rüdəkənar, Məcidməhəllə və Qapıçıməhəllə kəndlərini su basıb. Suparibağ icra nümayəndəsi Vahab Vahabovun verdiyi məlumata görə, hazırda ərazidə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları çalışır. 50 ailə qayıqlar vasitəsi ilə təxliyə edilib. Qeyd edək ki, bundan əvvəl Lənkəran rayonunun Molla kəndində sel suları yaşayış evini dağıdıb. Xoşbəxtlikdən evdə heç kim olmayıb. Əşlə kəndi ərazisində isə güclü sel avtomobil körpüsünü yuyub aparıb, kənd ilə rayon arasında əlaqə kəsilib.(apa) Teqlər : #Astarada ən böyük çay daşıb,#50 ailə təxliyə edilib , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakıda daha bir yol çöküb - VİDEO Sel Lənkəranda 10 körpünü dağıdıb, 550 evə ziyan dəyib - VİDEO