Astarada Pensər çayının sahilində yenidən torpaq sürüşməsi baş verib 29 Dekabr 2018 09:18 Hadisə Astaranın Şiyəkəran kəndi ərazisindən keçən Pensər çayında suyun səviyyəsinin kəskin qalxması səbəbindən torpaq qatı sahilə doğru yuyulub və nəticədə sürüşmə yenidən aktivləşib. “AzərTAc” xəbər verir ki, kənd sakinlərinin sözlərinə görə, həyətyanı torpaq sahələri çayda suyun daşması nəticəsində yuyulub. Sel suları kəndin elektrik təsərrüfatına, sahildə əkilən sitrus bağlarına ziyan vurub. Bununla bağlı Fövqəladə Hallar Nazirliyinə, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə müraciət olunub. Qeyd edək ki, gələn ilin əvvəlindən başlayaraq Pensər çayında sahil-bərkitmə işlərinin aparılması nəzərdə tutulur. Teqlər : #Astarada,#Pensər,#çayının,#sahilində,#yenidən,#torpaq,#sürüşməsi,#baş,#verib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Metroda problem yarandı - sərnişinlər qatardan boşaldıldı Ucarda "KamAZ" minik avtomobili ilə toqquşub: 2 nəfər ölüb, 3 nəfər yaralanıb