Astarada torpaq sürüşməsi aktivləşib

Astarada torpaq sürüşməsi aktivləşib

Astarada 1 ev uçub, ətrafındakı evlər də eyni təhlükə ilə üz-üzədir.
 
Maide.Az "oxu.az"a istinadla xəbər verir ki,  mart ayının 26-da torpaq qatının sürüşməsi nəticəsində rayonun Siyəkü kəndində qəzalı vəziyyətə düşən evlərdən biri uçub.
 
Belə ki, ötən gecə kənd sakini, 70 yaşlı Təcrübə İsgəndərovanın 3 otaqlı evi tamamilə qəzalı vəziyyətə düşüb. Ev sahibinin sözlərinə görə, xoşbəxtlikdən 5 nəfər ailə üzvündən heç biri xəsarət almayıb.
 
Cənub bölgəsinə intensiv düşən yağıntıların son 5-6 gün ərzində torpaq sürüşmələrini aktivləşdirməsi kənd sakinlərini narahat edir. Onlar gecələri evlərində rahat yata bilmirlər. Bəziləri qohumlarının evlərində qalmağa məcbur olublar.
 
Bildirilir ki, hazırda kənddə 10-a yaxın ev dağılmaq təhlükəsi qarşısındadır. Fərdi təsərrüfatlardakı sitrus bağları da zərər çəkib. Məsələdən kənd icra nümayəndəliyinin məlumatı var.
 
Yaranmış vəziyyət barədə Fövqəladə Hallar Nazirliyinə də rəsmi qaydada müraciət edilib.
 

Google+ WhatsApp ok.ru