Astarada yolda torpaq sürüşməsi aktivləşib, maşınların gediş-gəlişi çətinləşib - FOTO

Astarada yolda torpaq sürüşməsi aktivləşib, maşınların gediş-gəlişi çətinləşib - FOTO

Astara rayonunun 21 yaşayış məntəqəsinin 12 min əhalisinin istifadə etdiyi yolda torpaq sürüşməsi baş verib.
 
Sürüşmə Deqədi-Pəlikəş avtomobil yolunun rayonun Vənəşəkəş, Ağkörpü  kəndilərindən keçən hissəsində qeydə alınıb.
 
Hazırda Ağ körpü kəndi ərazisində 49 nömrəli Yol İstismar idarəsinin ağır texnikaları və canlı qüvvəsi çalışır. İdarənin mühəndisi Tərlan Ağamalıyev bildirib ki, həmən əraziyə qum, çınqıl tökülüb, avtomaşınların hərəkəti qismən təmin olunub. Yolda işlər sabah tam yekunlaşacaq.
 
Hazırda avtomobil yolunun rayonun Baxışoba kəndindən keçən hissəsində təhlükəli vəziyyət yaranıb. Belə ki, burada eni 3 metr olan yol 10 metrədək dərəyə doğru sürüşüb. Sürüşmə zolağı 40 metrlik məsafəni əhatə edib.
 
Qeyd edək ki, tikintisinə 6,7 milyon manat vəsait sərf olunmuş Deqədi-Pəlikəş avtomobil yolu iki ildir ki, istifadəyə verilib. Həmin vaxtdan indiyədək yolda dəfələrlə torpaq sürüşmələri və uçqunlar qeydə alınıb.(apa) /
 
astarada yolda torpaq surusmesi aktivlesib masinlarin gedis gelisi cetinlesib
 
Google+ WhatsApp ok.ru