Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu xəttinin istismara veriləcəyi tarix açıqlanıb

Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu xəttinin istismara veriləcəyi tarix açıqlanıb

-- dəmir yolu xətti dekabrın ....

Azərbaycan və İranın dəmir yolları sistemlərini birləşdirəcək Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu xətti dekabrın 25-də istismara veriləcək.
 
Madie.Az  xəbər verir ki, bu barədə məlumatı İran Dövlət Dəmir Yolları İdarəsinin beynəlxalq əlaqələr idarəsinin direktoru Abbas Nəzəri verib.
 
 
O bildirib ki, tərəflər arasında gömrük qeydiyyatı, viza rejimi və İran Astarasında tikilən yük terminalından istifadə qaydaları haqqında da razılıq əldə olunub.
 
Xatırladaq ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edən Qəzvin-Rəşt dəmir yolunun davamı olan Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu xətti İran ilə Rusiyanın dəmir yolları sistemlərini Azərbaycan vasitəsi ilə birləşdirəcək.(azertac)

Google+ WhatsApp ok.ru