Ağsuda ana ölümü hadisəsi baş verib

Ağsuda ana ölümü hadisəsi baş verib

Ağsu rayonunda ana ölümü hadisəsi baş verib.
 
Maide.Az bildirir ki, "Report" xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayon xəstəxanasında qeydə alınıb. 
 
İlkin məlumata görə, Ağsu şəhər sakini, 1990-cı il təvəllüdlü Məmmədova Ayşən Sadiq qızı kəskin qan laxtalanması diaqnozu ilə xəstəxanada dünyasını dəyişib.
 
Məlumata görə, A.Məmmədova dekabrın 25-i normal doğuşla uşaq dünyaya gətirib və 3 gün sonra evə buraxılmışdı.
 
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Google+ WhatsApp ok.ru