Ağsuda soyuqdan donaraq ölmüş kişi meyiti tapılıb

Ağsuda soyuqdan donaraq ölmüş kişi meyiti tapılıb

Ağsu rayonunun Qaraqoyunlu kəndi ərazisində yol kənarından meyit tapılıb.
 
Maide.Az "Report"a istinadla xəbər verir ki, araşdırmalar nəticəsində onun həmin kəndin sakini Məmmədov Çingiz Məmməd oğluna aid olması müəyyən edilib.
 
İlkin məlumata görə, Ç.Məmmədov həddindən artıq spirtli içki qəbul etdikdən sonra, yıxılaraq yol kənarındakı arxda yatıb və şaxtalı havada soyuq onun ölümünə səbəb olub.
 
Faktla bağlı araşdırmalar davam etdirilir.

Google+ WhatsApp ok.ru