Atəşkəsin pozulması nəticəsində yanğın baş verib və tələfat var

Hərb  Ermənistan silahlı qüvvələri Goranboy rayonunun təmas xəttində yerləşən Tapqaraqoyunlu kəndini atəşə tutub. 
 
Gecə saat 01:30 radələrindən başlayaraq təqribən yarım saat kəndi atəşə tutan qarşı tərəf əsasən iri çaplı silahlardan və yandırıcı güllələrdən istifadə edib. 
 
Nəticədə güllələrdən biri kənd sakini Münəvvər Məmmədovun tövləsinə dəyərək yanğına səbəb olub. 
 
Kənd sakinləri tövlədə olan 7 baş iribuynuzlu mal-qaranın yandığını deyir. 
 
Əldə etdiyimiz məlumta görə sakinlər arasında ölən və xəsarət alan olmayıb.

Google+ WhatsApp ok.ru