ATƏT narahat olmağa başladı

Zannier Ermənistanın hərbi helikopterinin vurulmasından danışdı

Hərb Ermənistanın hərbi helikopterinin təmas xəttində Azərbaycan ordusu tərəfindən vurulmasına ATƏT-in baş katibi Lamberto Zannier münasibət bildirib.
Maide.az-ın məlumatına görə, baş katib bildirib ki, ATƏT Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində hərbi vertolyotla bağlı hadisədən narahatdır: "ATƏT olaraq hesab edirik ki, belə hadisələr böhranın miqyasını genişləndirə bilər".
Avropa Parlamentindəki dinləmələrdə çıxışı zamanı ATƏT-in baş katibi qeyd edib ki, bu hadisələr onsuz da qeyri-sabit olan vəziyyət kontekstində böhranın daha da genişlənməsinə səbəb ola bilər.
Qeyd edək ki, bu gün Ermənistan ordusu işğal olunmuş Azərbaycan torpalaqrında keçirdiyi hərbi təlimlər zamanı düşmən helikopteri davamlı olaraq mövqelərimiz üzərində döyüş manevrləri yerinə yetirib və mövqelərimizə atəş açıb. Milli Ordunun adekvat reaksiyası nəticəsində düşmən helikopteri məhv edilib.

Google+ WhatsApp ok.ru