ATƏT sədrinin xüsusi nümayəndəsi: `Ən vacib məsələ təmas xəttində zorakılığın səviyyəsini azaltmaqdır`

“ATƏT-ə sədrlik edən Almaniya həqiqətən Minsk qrupu prosesini gücləndirməyin yollarını araşdırır”.  
 
Bunu APA-ya ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Günther Baxler Almaniya sədrliyi dövründə Minsk qrupu ölkələrinin geniş formatda görüşünün keçirilməsi ilə bağlı suala cavabında deyib. Onun sözlərinə görə, bununla yanaşı, Almaniya sədrliyi məsələni irəli aparmaq yollarını müzakirə etmək üçün həmsədrlərlə sıx əlaqədədir: "Ən vacib məsələ isə təmas xəttində və sərhəd boyunca zorakılığın səviyyəsini azaltmaqdır". 

Google+ WhatsApp ok.ru