ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağda olublar 10 Fevral 2018 02:00 Qarabağ xəbərləri -- təmas xəttində vəziyyətlə tanış olublar. ATƏT-in Minsk qrupunun həmsədrləri Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya), Endrü Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki Azərbaycanın erməni işğalı altında olan Dağlıq Qarabağ bölgəsində olublar. Trend-in məlumatına görə, həmsədrlər Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində vəziyyətlə tanış olublar. Qeyd edək ki, iki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları nəticəsində başladı. Dağlıq Qarabağ və ona sərhəd yeddi rayon – Azərbaycan ərazisinin 20 faizi – Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə nail olublar, və o dövrdən bəri ATƏT-in Minsk qrupunun himayəsində və Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki uğursuz sülh danışıqları davam etdirilir. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi işğal olunmuş Dağlıq Qarabağ və ona sərhəd rayonların azad edilməsi barədə dörd qətnamə Ermənistan tərəfindən bugünədək icra olunmayıb. Teqlər : #ATƏTin Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağda olublar, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru `Qarabağ danışıqlarında intensivlik var` Malıbəyli və Quşçular kəndlərinin işğalından 26 il ötdü
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni