ATƏT-in Minsk Qrupu həmsədrlərinin bəyanatı

ATƏT-in Minsk Qrupu həmsədrlərinin bəyanatı

ATƏT-in Minsk Qrupunun həmsədrləri (İqor Popov- Rusiya, Stefan Viskonti -Fransa və Endrü Şofer- ABŞ) iyunun 27-28-də Vyana və Bratislavada ATƏT-in Minsk Qrupu ölkələrinin daimi nümayəndələri, ATƏT-in baş katibi Tomas Qreminger və ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak ilə regiona son səfərlərini, Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə Moskvada və Vaşinqtonda keçirilən məsləhətləşmələrin yekunlarını müzakirə ediblər.
 
Onlar həmçinin ATƏT-in Yüksək Səviyyəli Planlama Qrupunun rəhbəri, polkovnik Vladimir Minariklə görüşüblər. Görüşlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi köməkçisi Anjey Kaspşik də iştirak edib.
 
Həmsədrlər iyunun 28-də dustaqların eyni vaxtda azad edilməsini alqışlayıblar, bu müsbət addıma görə Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin səylərini yüksək qiymətləndiriblər.
 
"Həmsədrlər tərəfləri sülhə və predmet danışıqlar üçün əlverişli atmosferin möhkəmləndirilməsinə xidmət edən əlavə konkret humanitar addımlar atmağa çağırıblar", - bəyanatda vurğulanır. /contact.az /

Google+ WhatsApp ok.ru