ATƏT-in Minsk Qrupu həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə telefon danışıqları aparıblar

ATƏT-in Minsk Qrupu həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə telefon danışıqları aparıblar

Sentyabrın 14-də Paris şəhərində ATƏT-in Minsk qrupunun həmsədrləri - İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endrü Şofer (ABŞ) arasında Dağlıq Qarabağ münaqişəsinin həllinə dair növbəti intensiv məsləhətləşmələr keçirilib. Danışıqlarda ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik də iştirak edib.

 
Bu barədə ATƏT-in saytında dərc olunan məlumatda bildirilir.
 
Həmsədrlər Ermənistan-Azərbaycan sərhədində iyul ayında yaranmış gərginliyi və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırkı vəziyyəti müzakirə ediblər.
 
Eyni zamanda vurğulanıb ki, həmsədrlərin həm Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov, həm də Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyanla ayrı-ayrılıqda telefon danışığı baş tutub. Hər iki ölkənin nazirinə növbəti həftələrdə öz mövqelərini daha aydın şəkildə bəyan etməyə, heç bir ilkin şərt olmadan substantiv danışıqların bərpası məqsədilə onları ATƏT-in Minsk Qrupu həmsədrləri ilə fərdi olaraq üzbəüz görüşə dəvət ediblər.  
 
Həmsədrlər ATƏT-in mandatına uyğun olaraq, münaqişənin sülh yolu ilə hərtərəfli həlli üçün danışıqlar prosesində aktiv vasitəçi olmaqla bağlı öhdəliklərinə sadiq qaldıqlarını ifadə ediblər. /turan/
 

Google+ WhatsApp ok.ru