Atəşkəs rejimi Ermənistan tərəfindən kobudcasına pozulur - RƏSMİ - YENİLƏNİB

Atəşkəs rejimi Ermənistan tərəfindən kobudcasına pozulur - RƏSMİ - YENİLƏNİB

Bu gün saat 12.00-da atəşkəs elan olunması barədə razılıq əldə edilməsinə baxmayaraq, Ermənistan ordusu cəbhənin Ağdərə-Tərtər və Füzuli-Cəbrayıl istiqamətlərində hücuma keçməyə cəhd göstərib.
 
Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.
 
Eyni zamanda bir sıra yaşayış məntəqələrimiz Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə məruz qoyulur. 
 
Düşmənin bütün hücum cəhdləri bölmələrimiz tərəfindən uğurla alınıb. Ermənistan ordusuna qarşı adekvat cavab tədbirləri görülür.
 
***
Tərtər və Ağdam rayonlarının ərazisi düşmən tərəfindən atəşə tutulur.
 
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
 
Qeyd edək ki, bu gün saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun meyarlarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslərin, həmçinin ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunmuşdu. 

 

Google+ WhatsApp ok.ru