`Atletiko` `Bavariya`nı məğlub etdi

Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin daha bir oyunu keçirilib.

Qol.az-ın məlumatına görə, Madridin “Atletiko” klubu öz meydanında “Bavariya”nı qəbul edib.

Matçın taleyini bir qol həll edib. Saul Niqesin görüşün 11-ci dəqiqəsində vurduğu qol "Atletiko"ya minimal hesablı qələbə qazandırıb - 1:0.

Qeyd edək ki, komandalar arasında cavab oyunu mayın 3-də keçiriləcək.

 

27 aprel 

Çempionlar Liqası, yarımfinalın ilk oyunu

22:45. "Atletiko" (Madrid, İspaniya) - "Bavariya" (Almaniya) - 1:0
Qol: 
Saul Niqes, 11 (1:0) 


26 aprel

22:45. "Mançester Siti" (İngiltərə) - "Real" (Madrid, İspaniya) - 0:0   /

Google+ WhatsApp ok.ru