ATƏT: ABŞ-ın seçki sistemi beynəlxalq standartlara cavab vermir

ATƏT: ABŞ-ın seçki sistemi beynəlxalq standartlara cavab vermir

"Amerika Birləşmiş Ştatlarındakı seçki sistemi son dərəcə dağınıqdır və bir çox maddələr beynəlxalq standartlara cavab vermir.” Bu bəyanatla Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Demokratik Təsisatlar və İnsan Hüquqları İnstitunun direktoru Mişel Link çıxış edib. O, Almaniya nəşri “Funke” agentliyinə verdiyi müsahibəsində bildirib ki, hər bir ştatda fərqli seçki qanunverciliyi və yeni texnologiyalardan istifadədə müxtəlif təcrübə mövcuddur.
 
ATƏT rəsmisi ABŞ-da keçmiş məhbusların, eyni zamanda həbsdə olan vətəndaşların səsvermə hüququndan məhrum edilməsini də sərt tənqid edib.  
 
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının seçki müşahidəçiləri isə ABŞ-da Seçki Maliyyə Sisteminin şəffaf olmasının vacibliyini irəli sürüb. Bundan əlavə seçkilər zamanı səsvermənin təhlükəsizliyini təmin etmək üçün istifadə olunan kompüterlərin köhnə olması və beynəlxlaq standrtlara cavab verməməsi də vurğulanıb. (faktxeber) /

Google+ WhatsApp ok.ru