Aşurada şiələri qətlə yetirənlər yaxalandı

Səudiyyə Ərəbistanının təhlükəsizlik qüvvələri Əl-Əhsa şəhərində Əhli-beyt (ə) davamçılarının əzadarlıq mərasimləri zamanı edilən hücumda iştirakçı olduğu ehtimal edilən bütün şübhəliləri yaxalamağa müvəffəq olub.
 
Teleqraf.com-un məlumatına görə, ölkənin Şərq əyalətinin başçısı Səud Ben Naif bu barədə jurnalistlərə müvafiq açıqlamasında bildirib.
 
O, qeyd edib ki, terror aktı zamanı zərər çəkmiş şəxsləri öz iqamətgahında qəbul edəcək.
 
Qeyd edək ki, Aşura günü Səudiyyə Ərəbistanında Əhli-beyt (ə) davamçılarının əzadarlıq mərasimləri zamanı təşkil edilən teror aktı nəticəsində 8 nəfər həyatını itirmişdi. Şəhid olanlar arasınad 3 -ü azyaşlı uşaq olub. Onlar cümə günü (noyabrın 7-də) böyük izdihamın müşayiəti ilə dəfn ediliblər.
Səudiyyə rəhbərliyi hadisəni törədənlərin aşkarlanaraq cəzalandırılması üçün genişmiqyaslı əməliyyatlara başladıqlarını demişdi. /
 

Google+ WhatsApp ok.ru