Aşura günü qan verənlərin bəzilərində HİV, hepatit və sifilis aşkarlanıb

Aşura günü qan verənlərin bəzilərində HİV, hepatit və sifilis aşkarlanıb

Azərbaycanda Aşura günü qan verən 3827 nəfərdən 122-nin qanında infeksiyalar aşkarlanıb. 
 
Maide.Az bildirir ki, bu barədə APA-ya Səhiyyə Nazirliyinin B. Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva məlumat verib.
 
O bildirib ki, 3 nəfərdə HİV, 81 nəfərdə hepatit, 38 nəfərdə isə sifilis infeksiyaları aşkar olunub.
 
Direktor qeyd edib ki, təhlükəli infeksiyaların aşkarlandığı qan yandırılacaq.
 
Qeyd edək ki, Aşura günü ilə bağlı Azərbaycanda keçirilən qanvermə aksiyasında 3827 insan qan verib. Qanvermə aksiyası nəticəsində 1722,3 litr qan toplanıb. Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə qanvermə aksiyası ümumilikdə Bakıda və regionlarda 17 məscid və ziyarətgahı əhatə edib.

Google+ WhatsApp ok.ru