AĞVALİDEYNLİK HAQDA BUNLARI BİLMƏLİYİK…

AĞVALİDEYNLİK HAQDA BUNLARI BİLMƏLİYİK…

Övlad valideynin hörmətini saxlamadıqda, onlara qarşı hörmətsizlik etdikdə, onları sözü, rəftarı və əməli ilə incitdikdə, əqli və şəri qadağa olmadığı halda onlara itaətsizlik etdikdə, “ağvalideyn” adlanır. Allah-Taala Qurani-Kərimdə övladlara buyurur ki, ata-anaya “uf” belə deməyin. İmam Sadiq (ə) də buyurur ki, valideynə hörmətsizliyin ən aşağı səviyyəsi “uf” deməkdir. Ata-anaya qaşqabaqlı baxış, onları narahat etmək, onlarla bağlı qəti vəzifələrin tərki, onların mali-madi ehtiyaclarının ödənilməməsi də ağvalideynlik nümunələrindəndir.

Bir sözlə, valideynin əziyyətinə səbəb olan hər hansı bir iş ağvalideynlik adlanır; əlbəttə, vacib və haram təkliflər müstəsnadır və əgər övlad valideyn tərəfindən vacib bir əməlin tərki və yaxud haram bir işin icrası ilə bağlı bir əmr alarsa, bu zaman onlara itaət vacib deyil və onlara itaət prinsipi öz funksiyasını itirir.

AĞVALİDEYNİLİYİN DÜNYA VƏ AXİRƏTDƏ ACI NƏTİCƏLƏRİ

–Allahın və Peyğəmbərin (s) qəzəbinə səbəb olur;

–Namazın qəbuluna mane olur;

–Uğursuzluq gətirir və işlər düyünlənir;

–Duanın qəbuluna mane olur;

–Yoxsulluq və fəqirlik gətirir;

–Gənc ikən (qəfil) ölümlə nəticələnir;

–Ölüm zamanı dilin tutulmasına səbəb olur (ağvalideyn “kəlmeyi-şəhadət” demədən ölür);

–Dünyada qəm-qüssə və işkəncələrə səbəb olur;

–Allah-Taala Öz rəhmətini ağvalideynin üzərindən götürər, ona rəhmət nəzəri ilə baxmaz;

–Unudulanlardan olar;

–Behişt ağvalideynə haramdır.

AĞVALİDEYNLİYƏ SON QOYMAQ ÜÇÜN NƏ ETMƏLİ?

Ağvalideynliyə son qoymaq üçün, əgər ata-ana yaşayırsa:

1. Ata-anaya sabit etməlisən ki, bir daha yaramaz işlərə əl atmayacaq, onların narahatlığına səbəb olacaq işlər yerinə yetirməyəcəksən;

2. Sənin bu sayaq haqsızlıq və hərəkətlərinə görə narahat olmuş ata-ananın qəlbini yumşaltmalı, onlara daha çox ehtiram etməli, onlarla ədəb-ərkanla rəftar etməlisən. Buna rəğmən, Allah dərgahında tövbə etməli, peşmançılığını dilə gətirməli, məsumlara təvəssül edərək ata-anadan istəməlisən ki, səni bağışlasınlar. Bu zaman mehriban Allah ata-ananın qəlbini yumşaldacaq və onların da sənə qarşı mehriban olduqlarının şahidi olacaqsan. Ola bilməz ki, övlad üzrxahlıq etdikdə, ata-ana bağışlamasın!!!

Əgər ata-ana dünyadan köçübsə:

–Ata-ananın həyatda ikən namaz, oruc və həcc kimi qəzaya verdiyi vacib əməlləri yerinə yetirməli, borclarını ödəməlisən;

–Vəsiyyətini icra etməlisən;

–Ömrünün sonuna qədər onları unutmamalı – Allahdan onların bağışlanması üçün dua etməli, onlar tərəfindən sədəqə verməli, müstəhəb əməllər yerinə yetirməlisən, bir sözlə, onlara mənəvi hədiyyələr göndərməyi unutmamalısan. (Tebyan)

Maide.Az

Google+ WhatsApp ok.ru