Avqustda 30 əsas ərzaq məhsulundan ibarət istehlak səbətinin qiyməti 2,5 % bahalanıb

Avqustda Turan Agentliyinin tərtib etdiyi 30 əsas ərzaq məhsulundan ibarət istehlak səbətinin qiyməti 2,5 % bahalanıb.
 
İyul və iyunda 0,10%, mayda +3,6% artım olmuşdu.
 
Ötən ay pomidor (+60%), kartof (+33,3%), şəkər tozu (+26,6%), soğan (+25%), qarğıdalı yağı (+18,3%), marqarin (+18,2%), 1 növ un а (+18,2%), kələm (+16,6%), vermişel (+13,3%), kərə yağı (+12,8%), qatıq (+11,5%),  yumurta (+9%), pendir (+2%) bahalanıb.
 
Qarabaşaq yarması (-9%), toyuq içalatı (-5,5%) ucuzlaşıb.
 
Mal əti, qoyun əti, toyuq əti, süd və s qiyməti dəyişməyib.
 
Qiymət artımı haqqında iyul proqnozu özünü doğruldub. Proqnoz mövsümi məhsulların azalması ilə bağlı ənənəvi yay deflyasiyasının inflyasiya ilə əvəzlənməsi ilə əsaslandırılırdı.
 
İnhisarçılar, alverçilər, məmurların rüşvət alması bazara mənfi təsir etməkdə davam edir.

Google+ WhatsApp ok.ru