Avqustda qida zəhərlənmələri

Avqustda qida zəhərlənmələri

Bu ilin avqust ayında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 1003 Çağrı Mərkəzinə 1701 müraciət daxil olub.
 
Bu barədə Agentliyin yaydığı məlumatda bildirilir.
 
Məlumata görə, qida zəhərlənmələri ilə bağlı Agentliyə 45 müraciət daxil olsa da, onlardan yalnız 10-u təsdiqini tapıb. «Bütün hallarda müraciətlər araşdırılıb və qanunvericiliyin tələblərinə uyğun olaraq icrası təmin edilib», - məlumatda yazılıb.
 
Bu ilin avqustunda ölkə mediasında Ağdaş, Şəki və İsmayıllı rayonlarında qidadan kütləvi zəhərlənmələr ilə bağlı məlumatlar yayılmışdı. Son iki hadisə ilə bağlı AQTA və Baş Prokurorluq birgə açıqlama da vermişdilər. Həmin açıqlamada bu məsələlərə görə cinayət işi açıldığı qeyd edilirdi.
 

Google+ WhatsApp ok.ru