Avqustun 21-dən metronun `Sahil` stansiyası 1 illik təmirə bağlanır 19 Avqust 2017 01:00 Ölkə Avqustun 21-də səhər saatlarından metronun "Sahil" stansiyası təmirə bağlanır. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətindən Trend-ə verilən məlumata görə, təmir müddətində stansiyada quraşdırılmış "LT-3" tipli 3 eskalator sökülərək, yerində Almaniyanın "ThyssenKrupp Fahrtreppe" şirkətinin "Viktoriya" tipli 4 eskalatoru quraşdırılacaq. "Sahil" stansiyasında quraşdırılacaq eskalator əvvəlkilərdən bir çox üstünlükləri ilə fərqlənəcək. Məlumata görə, eskalatorların sökülüb-quraşdırıldığı müddətdə stansiyanın əsaslı təmir olunması da nəzərdə tutulub. Bu işlər çərçivəsində stansiyanın mərmər-qranit örtüyü, istismar müddətini başa vurmaqda olan, köhnəlmiş və müasir dövrün tələblərinə cavab verməyən avadanlıqlar yenilənəcək. Qeyd edilənləri nəzərə alaraq, “Bakı Metropoliteni” QSC sərnişinlərin diqqətinə çatdırır ki, avqustun 20-dən etibarən qatarlar "Sahil" stansiyasında dayanmadan "İçərişəhər" və əks istiqamətdə hərəkət edəcək. Təmir işlərinin 2018-ci ilin iyun ayının sonlarına qədər yekunlaşdırılması nəzərdə tutulur. Teqlər : #Avqustun 21dən metronun `Sahil` stansiyası 1 illik təmirə bağlanır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İstirahət gününün HAVASI Deputat Sabirabadda atasına qızıl suyuna çəkilmiş heykəl qoydurdu