Avqustun 03-də gözlənilən hava şəraiti

Avqustun 03-də gözlənilən hava şəraiti

Avqustun 03-də gözlənilən hava şəraiti açıqlanıb. 
 
Maide.Az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.
 
Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 22-25° isti, gündüz 33-38° isti olacaq.
 
Bakıda gecə 23-25° isti, gündüz 36-38° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 %, gündüz 25-30 % olacaq.
 
Tibbi-meteoroloji proqnoz
 
Avqustun 03-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
 
Azərbaycanın rayonlarında: Əsasən yağmursuz. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman.
 
Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 34-39° isti, dağlarda gecə 14-18° isti, gündüz 22-27° isti olacaq.

Google+ WhatsApp ok.ru