Avqustun 8-dən Azərbaycan ilə İran arasında gömrük rüsumlarının azaldılması ilə bağlı razılıq icra olunacaq

Avqustun 8-dən Azərbaycan ilə İran arasında gömrük rüsumlarının azaldılması ilə bağlı razılıq icra olunacaq

Azərbaycan və İran arasında əldə olunan razılığa əsasən, avqustun 8-dən yük maşınlarının rüsumu hazırkı 160 dollardan 100 dollaradək azalacaq. 
 
Maide.Az xəbər verir ki, bunu İranın Bakıdakı səfirliyinin iqtisadiyyat ateşesi Məhəmməd İbrahimi deyib. 
 
M.İbrahimi deyib ki, bu razılaşma iki ölkənin müştərək iqtisadi həmkarlıq komissiyasının ötən ilin 30 dekabrında Naxçıvanda keçirilmiş 11-ci iclasında əldə olunub və avqustun 8-i səhər tezdən icra olunacaq. 
 
O, iki ölkənin ticarət mübadiləsinin artması, eləcədə iki tərəfli idxalat və ixracat mallarının daşınması xərclərinin azaldılması, həmçinin Azərbaycan Respublikasından Gürcüstan və Rusiya kimi digər ölkələrə gedib – gələn İranın yük maşınları üçün nəqliyyat xərclərinin azalmasını, şose yolları üzrə rüsumların azaldılmasının məziyyətlərindən adlandırıb. 
 
Qeyd edək ki, İranın yol mühafizəsi təşkilatının tranzit və beynəlxalq nəqliyyat ofisinin statistikasına əsasən, ötən il  51447 yük maşını İrandan Azərbaycana və 50831 yük maşını Azərbaycandan İrana səfər edib. (sehertv) /

Google+ WhatsApp ok.ru