Avrasiya İslam Şurası konfransı öz işinə başlayır

Avrasiya İslam Şurası konfransı öz işinə başlayır

Avrasiya və Balkan ölkələri ilə yanaşı, Almaniya, Fransa, Belçika kimi ölkələrin dini nümayəndələrinin də iştirak edəcəyi 9-cu Avrasiya İslam Şurası, Türkiyənin İstanbul şəhərində 11-14 oktyabr tarixində fəaliyyətə başlayacaq.
 
Maide.Az xəbər verir ki, Avrasiya İslam Şurasının əsas müzakirə mövzusu, Avrasiyada İslam, din istismarına qarşı birlik, həmrəylik və gələcək perspektivlər olacaq.
 
Konfransda həmçinin İŞİD terror qruplaşması və FETÖ hərakatının Avrasiyada təsiri də müzakirə ediləcək.
 
İstanbulda 11 oktyabrda başlayacaq konfransda Azərbaycan, Belarusiya, Bosniya Və Herseqovina, Bolqarıstan, Estoniya, Gürcüstan, Xorvatiya, Qazaxıstan, Çernoqoriya, Qırğızıstan, Krım, Kosovo, Litva, Makedoniya, Monqolustan, Moldova, Rumıniya, Rusiya, Sloveniya, Tacikistan, Ukrayna, Yunanıstan, Hollandiya, İsveç, İngiltərə, Avstriya, İtaliya, Almaniya, Belçika, Fransa, İsveçrə, Misir, Hindistanın nümayəndələri iştirak edəcək.
 
Konfrans, 14 oktyabr cümə günü yekun bəyannaməsinin oxunmasından sonra öz işinə xitam verəcək.
 

Google+ WhatsApp ok.ru