Avrasiya İttifaqı Qırğızıstanla gömrük sərhəddini ləğv etdi

Avrasiya İttifaqı Qırğızıstanla gömrük məntəqələrini ləğv edib. Bu haqda Qırğızıstan prezidenti Almazbek  Atambayev və Qazaxıstan prezidenti Nursultan  Nazarbayev iki ölkə arasında gömrük məntəqələrinin ləğvi  münasibəti ilə keçirilən telekörpüdə bildiriblər.
“Qazax və qırğız xalqları qardaş xalqlardır. Onlar arasında heç bir maneə olmamalıdır. Biz aradakı olan bütün sərhədləri götürməliyik”. Bu sözləri A.Atambayev öz çıxışında dilə gətirib.
Avrasiya Birliyinə daxil olduqdan sonra Qırğızıstan və Qazaxıstan sərhədində səkkiz gömrük keçid məntəqəsi ləğv edilib.
Qırğızıstan bu quruma 2014-cü ildə Avrasiya İqtisadi Birliyinin iclasında qəbul  edilib. Sonradan bu sənəd iqtisadi birliyə daxil olan ölkələrin parlamentləri tərəfindən ratifikasiya olunub. Son olaraq Qazaxıstan bu sənədə imza atıb.
AİB beynəlxalq iqtisadi birlikdir. Bu birliyin əsas məqsədi malların dövriyyə xidməti,  kapital və işçi qüvvəsinin azad hərəkətini təmin etməkdir.
Avrasiya İttifaqı müqaviləsi 29 may 2014-cü ildə Astanada imzalanıb və 1 yanvarın 2015-ci ildə qüvvəyə minib. Bu birliyə Rusiya, Qazaxıstan, Belarus,  Ermənistan və Qırğızıstan daxildir. Musavat /

Google+ WhatsApp ok.ru