Avro-2016: İtaliya qalib gəldi

Avro-2016: İtaliya qalib gəldi

Fransada futbol üzrə Avropa çempionatının qrup mərhələsi davam edir.
 
Trend-in məlumatına görə, günün son oyununda Belçika və İtaliya komandaları qarşılaşıblar.
 
Qarşılıqlı hücumlar şəraitində keçən oyunda hesabı italyanlar açıblar - 32-ci dəqiqədə Qiaççerini fərqlənib.
 
Bundan sonra belçikalıların çoxsaylı cəhdləri nəticəsiz qalıb. Əvəzində 90+2-ci dəqiqədə Pelye son nöqtəni qoyub - 2:0.
 

Google+ WhatsApp ok.ru