Avro sürətlə ucuzlaşa bilər – Səbəb

Avro sürətlə ucuzlaşa bilər – Səbəb

Bu həftə Avropa Birliyinin aparıcı ölkələrində sənaye istehsalı üzrə iyun ayının yekunları elan edildi.
 
Bu haqda iqtisadçı alim Vüqar Bayramov yazıb. Ekspert gözlənilənlərin əksinə olaraq, Almaniyada sənaye istehsalının bu ilin birinci yarımilinin son ayında 1,1 faiz aşağı düşdüyünü qeyd edib:
“Halbuki həmin ay üçün 0,2 faiz artım proqnozlaşdırılırdı. Almaniya sənayesindəki azalma xəbəri avronun məzənnəsinə da təsirsiz ötüşmədi. Ötən həftələr artan templə məzənnəsi dəyişin Avropa pulunun kursu bu həftə müəyyən qədər aşağı düşdü. Sabah İspaniyada sənaye istehsalı üzrə göstərici elan olunacaq. Bu göstərici də neqativ olarsa, o zaman avronun məzənnəsinə daha ciddi təsirlər ola bilər”. (axar.az) /

Google+ WhatsApp ok.ru