Avropa Liqasında qrup mərhələsinin püşkatma mərasimi keçiriləcək

Avropa Liqasında qrup mərhələsinin püşkatma mərasimi keçiriləcək

Azərbaycan son 4 mövsümdə ilk dəfə bu turnirdə təmsil olunmayacaq
 
Bu gün futbol üzrə Avropa Liqasında qrup mərhələsinin püşkatma mərasimi keçiriləcək.
 
Monakoda təşkil olunacaq püşkatma nəticəsində 48 komanda 12 qrupa bölünəcək.
 
Azərbaycan son 4 mövsümdə ilk dəfə bu turnirdə təmsil olunmayacaq.
 
Püşkatma üçün səbətlərin tərkibi:
1-ci səbət: "Arsenal" (İngiltərə), "Zenit" (Rusiya), "Lion" (Fransa), "Dinamo" (Kiyev, Ukrayna), "Vilyarreal" (İspaniya), "Atletik" (Yunanıstan), "Latsio" (İtaliya), "Milan" (İtaliya), "Viktoriya" (Plzen, Çexiya), "Zalsburq" (Avstriya), "Kopenhagen" (Danimarka), "Braqa" (Portuqaliya)
 
2-ci səbət: "Styaua" (Rumıniya), "Lüdoqorets" (Bolqarıstan), BATE (Belarus), "Everton" (İngiltərə), "Yanq Boyz" (İsveçrə), "Marsel" (Fransa), "Real Sosyedad" (İspaniya), "Makkabi" (Təl-Əviv, İsrail), "Lokomotiv" (Moskva, Rusiya), "Austriya" (Avstriya), "Herta" (Almaniya), "Nitsa" (Fransa)
 
3-cü səbət: "Astana" (Qazaxıstan), "Partizan" (Serbiya), "Hoffenhaym" (Almaniya), "Köln" (Almaniya), "Riyeka" (Xorvatiya), "Setubal" (Portuqaliya), "Atalanta" (İtaliya), "Sulte Varegem" (Belçika), "Zarya" (Luqansk, Ukrayna), "Rusenborq" (Norveç), "Şerif" (Moldova), "Hapoel" (Beer-Şeva, İsrail)
 
4-cü səbət: "Apollon" (Kipr), "Başakşehir" (Türkiyə), "Konyaspor" (Türkiyə), "Vitess" (Hollandiya), "Slaviya" (Praqa, Çexiya), "Srvena Zvezda" (Serbiya), "Skenderbeu" (Albaniya), AEK (Afina Yunanıstan), "Zlin" (Çexiya), "Luqano" (İsveçrə), "Vardar" (Makedoniya), "Ostersun" (İsveç)
 
Püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlanacaq. (report) /

Google+ WhatsApp ok.ru