Avropa Liqasının simvolik komandası açıqlanıb

Avropa Liqasının simvolik komandası açıqlanıb

Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunlarından sonra simvolik heyət müəyyənləşib. Apasport.az-ın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, rəmzi “11-liy”ə 8 komandanın oyunçusu düşə bilib.
 
Belçika derbisində “Gent”i səfərdə böyük hesabla üstələyən “Genk”in 3 üzvü simvolik heyətə düşübsə, “Roma”ya qalib gələn “Lion” siyahıda 2 oyunçu ilə təmsil olunub.
 
Həmçinin “Beşiktaş”ın “Olimpiakos”la səfər qarşılaşmasında bərabərlik qolunun müəllifi olan Vinsen Abubakar da 3-4-3 taktiki sxemi ilə qurulan heyətdə özünə yer edə bilib.
 
Rəmzi “11-lik”:
Qapıçı: Yan Zommer (“Borussiya” Mönhenqladbax)
 
Müdafiəçilər: Uroş Spayiç (“Anderlext”), Mallo (“Selta”), Lüdviq Auqustinsson (“Kopenhagen”)
Yarımmüdafiəçilər: Alexandro Pozuelo, Ruslan Malinovski (hər ikisi “Genk”), Henrik Mxitaryan (“Mançester Yunayted”), Sorentin Tolisso (“Lion”)
 
Hücumçular: Aleksandre Lakazette (“Lion”), Vinsen Abubakar (“Beşiktaş”), Mbvana Samatta (“Genk”)
 

Google+ WhatsApp ok.ru