Avropa ölkəsində Fələstin bayrağı dalğalandırılacaq

Avropa ölkəsində Fələstin bayrağı dalğalandırılacaq

İrlandiyanın paytaxtı Dublin şəhərinin rəhbərliyi artıq 50 ildən çoxdur ki, “sərt İsrail işğalı” altında yaşamağa məcbur qalan Fələstin xalqı ilə həmrəyliyini nümayiş etdirmək qərarına gəlib.
 
Belə ki, may ayının 15-i paytaxt meriyasının binası üzərində Fələstin bayrağı dalğalandırılacaq.
 
Bunun təşəbbüskarı şəhər şurasının üzvü, Fələstinin müstəqilliyinin aktiv tərədarı Con Layonsdur. O, bundan öncə də Fələstinmeyilli nümayişlər keçirib.
 
“İsrail irqçi rejimdir.”, - deyə bildirib.
 
İsrail rejiminin XİN-i artıq bu aksiyanı tənqid edib. (İslamazeri)
 

 

Google+ WhatsApp ok.ru