Avropa İttifaqı Suriya üçün toplanır

Avropa İttifaqı Suriya üçün toplanır

-- Brüsseldə

Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri Suriya baş verən son prosesləri müzakirə etmək üçün bu gün Brüsseldə toplanır.
 
Maide.az “NTV Türkiyə”yə istinadən xəbər verir ki, Aİ-nin Xarici Əlaqələr Şurası tərəfindən təşkil edilən iclasa qurumun xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Moqerini sədrlik edəcək.
 
İclasda BMT-nin Baş katibi Antonio Qutyerreşin Suriya üzrə xüsusi təmsilçisi Ştefan De Mistura da iştirak edəcək. O, BMT-nin sülh prosesinin sürətləndirilməsi istiqamətində nazirlərlə müzakirə aparacaq.
 
Bundan başqa, Şərqi Qutaya humanitar yardımların çatdırılması məsələsi də iclasın gündəliyində olacaq.

Google+ WhatsApp ok.ru