Avropa İttifaqı İran xalqına səsləndi: `Əlinizdən almağa imkan verməyin`

Avropa İttifaqı İran xalqına səsləndi: `Əlinizdən almağa imkan verməyin`

-- Aİ-nin ali nümayəndəsi Federika Moqerini

ABŞ prezidenti Donald Trampın İranla nüvə sazişindən çıxmasına Avropa İttifaqından cavab gəlib.
 
Maide.az DHA-ya istinadən xəbər verir ki, Avropa İttifaqının təhlükəsizlik və xarici siyasət üzrə ali nümayəndəsi Federika Moqerini beynəlxalq ictimaiyyətlə birlikdə İranl əldə olunmuş razılığı qoruyacaqlarını söyləyib.
 
O, sazişin tək bir ölkənin əlində olmadığını, region və bütöv dünya üçün böyük önəmə sahib olduğunu vurğulayıb:
 
"İran xalqına "Bu razılaşmanı kimsənin əlinizdən almasına icazə verməyin" deyirəm. Bu saziş diplomatiya məqsədinə çatdığı ən böyük ən hədəflərdən biridir. Avropa İttifaqı kəndi mənafeyi istiqamətində seçim etmək haqqına sahibdir. Buna baxmayaraq ABŞ-la digər istiqamətlərdə partnyorluğumuz davam edəcək".

Google+ WhatsApp ok.ru